İran İngiltərə, Almaniya və Fransa ilə nüvə danışıqları aparacaq
Noyabrın sonunda İran Böyük Britaniya, Almaniya, Fransa və Avropa İttifaqının nümayəndələri ilə nüvə sazişinin yenilənməsi məsələsi ilə bağlı danışıqlar aparmağı planlaşdırır. Bu barədə Mynews.az saytı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, görüş noyabrın 29-da Cenevrədə baş tutacaq və İran nümayəndə heyətinə xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançi başçılıq edəcək. Danışıqlarda İranın nüvə proqramı ilə bağlı məsələlərin, eləcə də Avropa İttifaqının İranın aviasiya və dəniz şirkətlərinə qarşı tətbiq etdiyi yeni sanksiyaların müzakirə olunacağı gözlənilir.
Bu görüş Mahmud Pezeşkiyanın İran prezidenti təyin olunmasından sonra ilk görüş olacaq.
İranın iqtisadi sanksiyaların ləğvi müqabilində nüvə fəaliyyətlərini məhdudlaşdıracağını öhdəsinə götürdüyü nüvə sazişi 2015-ci ildə İngiltərə, Almaniya, Çin, Rusiya, ABŞ və Fransanın iştirakı ilə imzalanıb. Lakin sonradan ABŞ birtərəfli qaydada sazişdən çıxıb.
Noyabrın 21-də MAQATE-nin Rəhbərlər Şurası İranı nüvə məsələsində əməkdaşlıq etmədiyinə görə tənqid edən qətnamə qəbul edib. Tehranın MAQATE-dəki səfiri Möhsün Nazir Asl qətnamənin “siyasi motivli” olduğunu bildirib.
Bundan əvvəl media Trampın İrana “maksimum təzyiq” planlarından xəbər tutub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub