'Hello', 'Someone Like You', 'Easy On Me' və 'Rolling in the Deep' hitləri ilə tanınan britaniyalı müğənni Adel Las-Veqasdakı "Weekends With Adele" şousu ilə səhnəylə vidalaşıb.
Mynews.az xəbər verir ki, Las-Veqasda 100-cü konsertini verən Adel iki ilə yaxın davam edən Las-Veqas şoularının finalında göz yaşlarını saxlaya bilməyib.
"Caesars Palace" səhnəsində musiqisevərlərlə görüşən 36 yaşlı britaniyalı sənətçi musiqi ilə bağlı heç bir planının olmadığını ifadə edib:
"Bu konsertlərin bitəcəyinə çox üzülürəm, amma baş tutduğu üçün çox xoşbəxtəm. Bu mərhələ və səhnə üçün çox darıxacağam. Yenidən nə vaxt səhnəyə çıxacağam, bilmirəm" deyərək göz yaşı töküb.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub