Gürcüstan Ermənistanla sərhədə gedən yolda ağır tonnajlı avtomobillərin hərəkətinə qadağa qoyub. Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
O cümlədən, qar yağması ilə əlaqədar beynəlxalq avtomobil yolunun Ninotsmindadan Ermənistanla sərhədə qədər (Axalkalaki-Kartsari avtomobil yolunun 90-dan 112 km-ə qədər), həmçinin 1-dən 36-a qədər olan hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib.
Yol minik avtomobilləri üçün açıqdır.
Xatırladaq ki, noyabrın 25-i axşam saatlarından etibarən əlverişsiz hava şəraiti ilə əlaqədar Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində yük avtomobillərinin hərəkəti də qadağan edilib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub