Rusiyanın ilhaq etdiyi Krımın "rəhbəri" Sergey Aksenov deyib ki, hava hücumundan müdafiə qüvvələri Kerç yaxınlığında qanadlı raketi vurub. Mynews.az-ın məlumatına görə, şəhər sakinləri bir neçə partlayış səsi eşidiblər.
Aksenov Telegram kanalında dağıntı və tələfat olmadığını bildirib. O, hamını sakit olmağa və yalnız etibarlı məlumat mənbələrinə etibar etməyə çağırıb.
Xatırladaq ki, ötən həftə Krımın Kirov rayonunda dəmir yolu relsləri partladılıb. Həmin gün Ukrayna Silahlı Qüvvələri PUA-dan istifadə edərək yarımadaya hücuma cəhd edib. Partlayıcı maddə daşıyan təyyarə tipli pilotsuz təyyarə hava hücumundan müdafiə sistemləri tərəfindən vurularaq Cankoy yaxınlığında yerə düşüb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub