Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları respublikanın dövlət qurumlarından birində terror aktı törətməyi planlaşdıran iki yerli sakini saxlayıblar. Faktla bağlı cinayət işi başlanıb, yaxın vaxtlarda həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılacaq.
“Faktla bağlı Cinayət Məcəlləsinin maddələri ilə cinayət işi açılıb.
Söhbət terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə təlim keçməkdən, qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən terror aktı törətməyə hazırlaşmaqdan və partlayıcı maddə və qurğuların qanunsuz istehsalına hazırlıqdan getdiyi aydınlaşır.
Məlum olub ki, 2023-2024-cü illərdə həmin şəxslər dövlət qurumlarından birində terror aktı törətmək üçün cinayətkar sui-qəsd təşkil ediblər. Onlar həmçinin partlayıcı qurğuların hazırlanması üzrə bilik və bacarıqlara yiyələnmişlər. 2024-cü ilin iyulunda şübhəlilər PUA istehsal ediblər, lakin ondan istifadə etməyə vaxtları olmayıb - hüquq-mühafizə orqanlarının əməkdaşları onları saxlayıblar.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub