Gürcüstanın Tiflis, Kutaisi və Batumi şəhərinin sakinləri hakimiyyətin Avropa İttifaqı ilə bağlı qərarına görə küçələrə axışıb. Mynews.az xəbər verir ki, aksiya Gürcüstan hakimiyyətinin ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları 2028-ci ilə qədər təxirə salmasından sonra başlayıb.
Baş nazir İrakli Kobaxidze bu qərarı hökumət üzvləri və hakim “Gürcü arzusu” partiyasının siyasi şurası ilə görüşündən sonra elan edib.
Hazırda insanlar Rustaveli prospektində parlamentin binası qarşısında etiraz aksiyası keçirirlər.
Binanın ətrafına səfərbər olunan hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara yaxınlaşmağa imkan vermirlər. Etirazçılar arasında saxlanılanların olduğu bildirilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub