Şimali Koreyanın Türkiyədəki bütün əmlakına həbs qoyulub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, qərar Türkiyə Nazirlər Kabinetinin toplantısında verilib.
Qərara görə, Şimali Koreyanın BMT tərəfindən müəyyənləşdirilən şəxs və qurumlarının əmlakları və bank hesabları dərhal dondurulur.
Buna səbəb Pxenyanın nüvə başlıqlı raket sınaqlarını dayandırmaması, qonşu ölkələri təhdid etməsidir. Bundan əlavə BMT "qara siyahısı"nda olan Şimali Koreyanın rəsmi şəxslərinin və ailə üzvlərinin Türkiyəyə girişinə də qadağa qoyulacaq.
Həmçinin, Şimali Koreyadan Türkiyəyə mis, sink, gümüş və nikel ixracına da son verilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub