Yaxın Şərqdə baş verən son dərəcə təhlükəli hadisələr Cənubi Qafqaza da birbaşa və dolayı təsir göstərəcək. Mynews.az xəbər verir ki, bu barədə politoloq, parlamentin “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan sosial şəbəkələrdə yazıb.
“Bizim halda isə Ermənistan hakimiyyətinin balanssız xarici siyasəti və idarəetmə sisteminin səmərəsizliyi şəraitində bunun nəticələri daha ağır ola bilər”, o qeyd edib. Politoloqun fikrincə, Suriyadakı terror aktı Fələstinə və Livana qarşı həyata keçirilən tədbirlər zəncirinin bir hissəsidir, növbəti hədəf İraq ola bilər. “Müxtəlif mərhələlərdə Yaxın Şərq beynəlxalq oyunçular arasında toqquşma meydanıdır və bu halda regional dövlətlər, ilk növbədə Türkiyə xüsusi maraq göstərir”, - Abramyan yazıb.
O qeyd edib ki, Suriya və Livan məsələsində Ermənistanın marağı təkcə regional təhlükəsizlik kontekstində deyil, həm də bu ölkələrdə aktiv erməni icmalarının mövcudluğundadır. Politoloq vurğulayıb ki, baş verənlər geosiyasi mərkəzlərin nüfuzu uğrunda mübarizədən əlavə, İrana qarşı aparılan kampaniyadır və hansısa mərhələdə Tehranla birbaşa qarşıdurmaya çevrilə bilər.
Bundan əvvəl Türkiyəyönlü radikal qrupların Hələb şəhərini nəzarətə götürdüyü məlum olub. Eyni zamanda, KİV-in məlumatına görə, şimalda Suriya Silahlı Qüvvələrinin bölmələri tərəfindən tərk edilmiş bəzi yaşayış məntəqələri kürd Suriya Demokratik Qüvvələrinin nəzarətinə keçib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub