ABŞ-ın yeni seçilmiş prezidentinin Ukraynadakı münaqişəni həll etmək məqsədi realdır. Mynews.az saytı xəbər verir ki, bunu M1 telekanalına müsahibəsində Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“Biz Donald Trampın bu müharibəni tez bir zamanda bitirmək məqsədini reallığa çevirməyə çox yaxınıq”, - o vurğulayıb.
Eyni zamanda, Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Şimali Atlantika Alyansı xarici işlər nazirlərinin dekabrın 3-4-də Brüsseldə keçirilən görüşündə Dövlət Departamentinin hazırkı rəhbəri Antoni Blinken münaqişənin davam etdirilməsi mövqeyini yayımlayıb.
Bundan əvvəl “Bloomberg” diplomatik mənbələrə istinadən xəbər verib ki, NATO ölkələri Ukraynadakı silahlı münaqişəyə son qoymaq üçün danışıqların yaxın gələcəkdə başlamalı olduğunu qəbul edirlər. Nəşrin mənbələrinin qeyd etdiyi kimi, NATO üzvü olan ölkələr Ukraynada vəziyyətin hazırda son dərəcə qeyri-sabit olduğunu başa düşdükləri üçün erkən danışıqların mümkünlüyünü müzakirə etməyə başlayıblar.
Daha əvvəl Kreml bildirib ki, Rusiya Federasiyası Ukrayna üzrə danışıqlarda vasitəçilik səylərini alqışlayır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub