Rusiyanın Suriyadakı səfirliyi vəziyyətin gərginləşməsi ilə əlaqədar rusları mövcud hava limanları vasitəsilə kommersiya reysləri ilə respublikanı tərk etməyə çağırıb. Mynews.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin Telegram kanalında məlumat verilib.
“Suriyadakı ağır hərbi-siyasi vəziyyətlə əlaqədar Rusiyanın Dəməşqdəki səfirliyi Suriya Ərəb Respublikasında yaşayan Rusiya vətəndaşlarına mövcud hava limanları vasitəsilə kommersiya reysləri ilə ölkəni tərk etmək imkanını xatırladır”, - məlumatda deyilir.
Noyabrın 28-də Suriyanın silahlı müxalifət qrupları Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma başlayıb. CNN xəbər verir ki, nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suqra və Əncar şəhərlərini ələ keçirib.
Dekabrın 6-da Suriyanın “Şam FM” radiosu terrorçu qruplaşmaların Həma və Homs şəhərləri arasında yerləşən iri Rastan və Təlbişə yaşayış məntəqələrini ələ keçirdiyini bildirib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub