"ABŞ-ın Suriyadakı vəziyyətlə heç bir əlaqəsi olmamalıdır", bunu yeni seçilmiş prezident Donald Tramp deyib. O, “Suriya qarışıqdır, lakin o, bizim dostumuz deyil, ona görə də ABŞ-ın bununla heç bir əlaqəsi olmamalıdır. Bu bizim müharibəmiz deyil. Qoy öz qaydaları ilə oynasınlar. Qarışmayın! - deyə sosial şəbəkəsində yazıb.
Onunn fikrincə, ABŞ-ın keçmiş prezidenti Barak Obama Suriyadakı ilkin qarşıdurmada günahkardır. Tramp Rusiyanın Ukraynada xüsusi əməliyyatla məşğul olduğu üçün “uzun illərdir müdafiə etdiyi Suriya üzərindən bu gedişi dayandıra bilmədiyi” fikrini ifadə edib. Eyni zamanda, prezidentin sözlərinə görə, Suriyadakı münaqişə Rusiya üçün faydalıdır. “İndi ruslar Əsədin özü kimi zorla çıxarılır və bu, onların başına gələ biləcək ən yaxşı şey ola bilər. Rusiya Suriyadan Obamanı həqiqətən axmaq kimi göstərməkdən başqa o qədər də fayda əldə etmədi”, – Tramp yazıb.
Noyabrın 27-də “Həyat Təhrir əş-Şam” qruplaşması İdlib əyaləti və Hələb şəhərinə qarşı genişmiqyaslı hücuma başlayıb. Dekabrın 6-da Reuters agentliyi ABŞ-ın dəstəklədiyi kürd Suriya Demokratik Qüvvələrinin ölkənin şimal-şərqindəki Deyr əz-Zor şəhərini ələ keçirdiyi barədə məlumat yayıb. Mətbuat həmçinin Suriya ordusunun İordaniya ilə sərhəddə yerləşən Dəraa şəhərinə nəzarəti itirdiyini bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaraqlıların hücumunu diqqətlə planlaşdırılmış adlandırıb və Rusiyanın Suriya hökumətinə dəstəyini davam etdirəcəyini vurğulayıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub