Kanakeri ələ keçirən müxalif qruplar "Dəməşqin cənub ətrafına" girməyə başlayıblar. Mynews.az-ın verdiyi xəbərə görə, Suriya əsgərləri cəbhədən qaçaraq İraqa daxil olublar.
Suriya prezidentinin dəftərxanası hələ də “Əsəd Dəməşqdədir” deyir. HTŞ-nin rəhbərlik etdiyi müxalifətin noyabrın 27-də başlayan sürpriz hərəkatı bütün dünyanın gözlərini yenidən Suriyaya çevirdi. Dünən Homs və Dəranı ələ keçirən müxaliflər bu gün səhər Süveyranı ələ keçirib və şimaldan ayrı-ayrı müxalif qruplar Dəməşqə doğru irəliləyişlərini davam etdirirlər.
Misir vətəndaşlarını Suriyaya getməməyə və oradakıları diqqətli olmağa və gərginlik yaşanan bölgələrdən uzaq durmağa çağırıb. Misir və İordaniya Suriya rejiminin başçısı Bəşər Əsədi ölkəni tərk etməyə və sürgündə hökumət qurmağa təşviq etdiklərinə dair iddiaları rədd ediblər. İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Suriyada hərbi deyil, siyasi həllin tərəfdarı olduqlarını, Qətərin paytaxtı Dohada keçiriləcək danışıqlara güvəndiklərini və dəstəklədiklərini bildirib.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Notr-Dam kilsəsinin açılış mərasimində iştirak etmək üçün getdiyi Fransada Suriyadakı son vəziyyətlə bağlı açıqlama verib. Tramp “ABŞ Suriyadakı müharibəyə qarışmamalıdır” deyib. Tramp “Öncə Amerika” mövqeyini təkrarlayıb və Suriyanın ABŞ müharibəsi olmadığını bildirib. Tramp, "Bu, bizim müharibəmiz deyil. Qoy hadisələr öz axarı ilə getsin. O, həmçinin, "Suriya üsyançıları prezident Bəşər Əsədi devirsə, bu, Rusiya üçün baş verə biləcək ən yaxşı şey ola bilər" deyib. Trampın sözlərinə görə, Rusiya döyüşçüləri dayandırmaq üçün Ukraynada müharibə aparmaqla çox məşğuldur.