2009-cu ildə Çarla Neşin 55 yaşı var idi. Rəfiqəsi Sandra “Trevis” adlı şimpanze saxlayırdı. Heyvan ev şəraitinə tam uyğunlaşmışdı: o, mayeni stəkandan içir, açar vasitəsilə qapını açır, bağdakı gülləri sulayırdı. Bundan əlavə Tervis mütəmadi olaraq müxtəlif reklam çarxlarında çəkilirdi.

Həmin dəhşətli gün Çarla rəfiqəsigilə qonaq gəlib. İndiyə qədər nə baş verdiyi məlum olmasa da, heyvan qəfildən qadının üzərinə atılıb. Yetkin yaşa çatmış meymun qadının üzündən yapışıb, göz qapaqları, qulaqları və burnunu qoparıb. Sandra heyvanı dayandırmağa cəhd edib, hətta ona bıçaqla zərbə endirib, lakin meymun əksinə bundan qəzəblənib. Nəticədə Trevisi atəş açaraq öldürmək lazım gəlib.
Çarla dərhal xəstəxanaya çatdırılıb, həkimlər 7 saat onun həyatı uğrunda mübarizə aparıb. Tibb işçiləri onun gözlərini götürməli olduğundan qadın kor qalıb. Çarlanın üzü tanınmaz halda eybəcər şəklə düşmüşdü. Bundan əlavə hər iki əlinin bir hissəsi amputasiya edilib.

Kömək heç gözlənilməyən yerdən gəlib. Hərbçilər gələcəkdə əsgərlərin başına oxşar hadisələrin gələcəyi halda istifadə edilməsi üçün təcrübə qismində üz köçürülməsini maliyyələşdirməyi üzərlərinə götürüblər.

Köçürülmüş üz bədənə artıq uyğunlaşıb, Çarla hazırda tək yaşayır. Qadına yardım etmək üçün mütəmadi olaraq tibb bacısı gəlir. O, vaxtının əsas hissəsini radio və audiokitabları dinləməyə sərf edir. Bundan əlavə Çarla hər 6 həftədən bir köçürülmüş üzü ilə əlaqədar tədqiqatın davam etdiyi laboratoriyanı ziyarət etməlidir.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub