Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında qışda hökumət iqamətgahının düzgün qızdırılmamasından şikayətlənib. Bunu erməni mənbələrə istinadən Mynews.az saytı yazıb.
“İcazə verin şəxsi bir şey deyim. Bizim dövlət bağındakı bütün evlər qışda düzgün qızdırılmır. Qazı yandırırıq, amma donuruq və düzgün isinmirik. Əlavə qızdırıcıları işə salmağa məcbur oluruq. Dövlət büdcəsində bunun üçün pul ayrılır, biz bunu şəxsi büdcəmizdən ödəyə bilmərik”, - deyə o, dövlət büdcəsinin səmərəli xərclənməsi mövzusu kontekstində bildirib.
Eyni zamanda o, hökumət binasının dəhlizlərində heç bir hadisə olmadığı halda işıqların necə yanmağa davam etdiyini müşahidə etdiyini bildirib. "İşıqları yandırıb-söndürən şəxs deyir: Fərqi yoxdur, bu, sadəcə hökumətin puludur" deyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub