ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rəsmən vəzifəsinin icrasına başladıqdan sonra Ukraynanı itirilmiş əraziləri qaytarmaqdan imtina etməyə inandırmalı və bunun müqabilində ölkəni NATO-ya qəbul edəcəyinə söz verməlidir. Bu barədə Vaşinqtonun Moskvadakı keçmiş səfiri Maykl Makfol “Foreign Affairs (FA)” jurnalı üçün məqaləsində yazıb.
Onun fikrincə, gələcək Amerika lideri münaqişənin həlli üçün daha mürəkkəb plan hazırlamalıdır.
“Tramp Ukraynanı NATO-ya qoşulmağın nəzərdə tutduğu təhlükəsizlik müqabilində öz ərazilərinin bir hissəsini nominal olaraq Rusiya Federasiyasına verməyə inandırmalıdır”, - diplomat əlavə edib.
O, əmin olduğunu bildirib ki, NATO-ya üzvlük Kiyevə böyük bir ərazidən imtina etmək zərurətini kompensasiya etməyə imkan verəcək. Makfolun qeyd etdiyi kimi, yalnız bu addım Trampa Ukrayna rəhbərliyini hərbi əməliyyatları dayandırmağa inandırmağa kömək edəcək.
Eyni zamanda, keçmiş səfir qeyd edib ki, ABŞ-ın seçilmiş prezidenti Ukrayna və NATO-ya yardım göstərmək fikrinə kifayət qədər şübhə ilə yanaşır. Bununla bağlı diplomat belə qənaətə gəlib ki, əvvəlcə Trampın özü təklif etdiyi planın mahiyyətinə əmin olmalıdır.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub