Bəşər Əsəd Suriyadan qaçdıqdan sonra ilk dəfə açıqlama verib. Mynews.az xəbər verir ki, Suriya Rəyasət Heyətinin rəsmi Telegram kanalında paylaşılan mesajda Əsəd, “Mənim Suriyadan getməyim bəzilərinin iddia etdiyi kimi planlaşdırılmayıb və qarşıdurmanın son saatlarında baş tutmayıb. “Əksinə, mən bazar günü, dekabrın 8-i səhər saatlarına qədər Dəməşqdə qaldım və dövlət başçısı kimi vəzifəmi davam etdirdim. Mübarizəni davam etdirmək niyyətində idim, amma dövlət terrorçuların əlinə keçəndə oradakı hər mövqe mənasını itirir” deyib.
Əsəd əməliyyatları izləmək üçün Latakiyadakı Rusiya bazasına getdiyini və onun olduğu baza İHA hücumlarına məruz qaldıqdan sonra Moskvanın təxliyə proqramına başladığını iddia edib.
Digər tərəfdən, "Financial Times" qəzetinin məlumatına görə, Əsəd iki illik müddətdə Rusiyaya ümumilikdə 252 milyon dollar köçürüb. Qəzetin əldə etdiyi məlumata görə, Əsəd 2018-2019-cu illər arasında Moskvanın Vnukova hava limanına nağd dollarla yanaşı, iki ton avro da köçürüb və bunlar 21 təyyarə ilə daşınıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub