Özbəkistanda özəl zooparkda üç şir gözətçini parçalayıb.
Mynews.az TASS-a istinadən xəbər verir ki, hadisə Daşkənd vilayətində “Lion Park” adlı zooparkda qeydə alınıb.
Bildirilib ki, eyni yerdə saxlanılan üç şir qəfəsdən qaçaraq zooparkın həyətinə çıxıblar.
Bu zaman onlar zooparkın 44 yaşlı gözətçisinə hücum ediblər. Həmin şəxs aldığı yaralardan ölüb.
Hadisə zamanı başqa xəsarət alan olmayıb, şirlər qəfəslərinə qaytarılıb. Zooparkda məsələ ilə bağlı araşdırma aparılır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub