Tbilisidə parlament binası qarşısında hökumət əleyhinə etiraz aksiyaları davam edir.
TASS-ın verdiyi məlumata əsasən, bir neçə yüz nəfər Rustaveli prospektinə toplaşaraq yolu bağlayıb. Bəzi iştirakçılar şəhərin mərkəzindən kortejlərlə parlament binasına gəliblər.
Etiraz aksiyası dinc şəraitdə davam edir və hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları görünmür. Tiflislə yanaşı, Batumi və Kutaisidə də eyni vaxtda analoji aksiyalar keçirilir.
Qeyd edək ki, Gürcüstanda etiraz aksiyaları noyabrın 28-dən başlayıb. İlk həftə qarşıdurmalarla yadda qalan mitinqlərdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında gərginlik yaşanıb. Polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə etdiyi halda, etirazçılar pirotexniki vasitələrlə cavab veriblər.
Son günlər aksiyalar dinc xarakter alıb və hüquq-mühafizə orqanları prospektdəki növbətçiliyi dayandırıb. Mitinqlər parlament binası qarşısında hər gün davam edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub