"Fransa prezidenti Emmanuel Makron həm ölkə daxilində, həm də beynəlxalq miqyasda, o cümlədən Avropa İttifaqında təsirini tamamilə itirib və mandatı bitməmiş postunu tərk edə bilər", Fransa parlamentindəki sağçı Milli Cəbhə partiyasının fraksiyasının lideri Marin Le Pen deyib.
Onun fikrincə, Makronu mandatını vaxtından əvvəl başa vurmağa məcbur edən bir çox amillər var. Le Pen əlavə edib ki, problemlər hətta baş nazirlə münaqişəyə girə bilən öz mərkəzi blokundan və ya maliyyə bazarlarından yarana bilər.
Marin Le Pen Fransada növbədənkənar prezident seçkilərinə hazır olduğunu açıqlayıb. Sorğular onun seçkilərin birinci turunda birinci yerdə olduğunu göstərir.
Le Pen üç dəfə prezidentliyə namizəd olub. 2012-ci ildə o, ilk turda Fransua Olland və Nikola Sarkoziyə uduzub. 2017 və 2022-ci illərdə o, ikinci turda Makrona az fərqlə uduzub.
Fransada növbəti prezident seçkiləri 2027-ci ilin may ayına təyin edilib
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub