Almaniyanın Maqdeburq şəhərində terror aktı törətməkdə şübhəli bilinən şəxs miqrantdır.
Mynews.az xəbər verir ki, bu barədə ölkənin "Süddeutsche Zeitung" qəzeti mənbəyə istinadən məlumat yayıb.
"Talib A. 2016-cı ilin iyulunda miqrant kimi tanınıb", - nəşr yazır.
Qeyd olunur ki, kişi Almaniyada psixiatriya və psixoterapiya sahəsində tibb mütəxəssisi kimi işə düzəlib.
O, 2006-cı ildə Almaniyaya gəlib və yaşayış icazəsi alıb.
Xatırladaq ki, Maqdeburq Milad yarmarkasında insident cümə günü axşam baş verib.
Naməlum şəxs avtomobil yüksək sürətlə insanların üzərinə sürüb. Son məlumatlara görə, 11 nəfər hadisənin qurbanı olub, 80 nəfərə yaxın yaralı var.
Şübhəli şəxs saxlanılıb. Onun Səudiyyə Ərəbistanından olan 50 yaşlı kişi olduğu üzə çıxıb. Polis onun cinayəti tək törətdiyini güman edir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub