Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarına 300 min nəfərlik nizami ordu yaratmaqda kömək edəcək. Onun formalaşmasında türkiyəli hərbi məsləhətçilər və mütəxəssislər iştirak edəcək.
Bu barədə Türkiyə mediasında məlumat yayılıb.
"Məqsədimiz bir il və ya il yarım ərzində 300 minlik ordu yaratmaqdır. Ölkə daxilindəki ağır vəziyyət və İsrail təhlükəsi bunu zəruri edir”, - suriyalı general Əhməd Osman mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə 70-80 min nəfərlik silahlı qüvvələrin onurğa sütunu formalaşdırılacaq və ən qısa müddətdə onların sayı 150-200 minə çatacaq:
"Yaradılan orduya İdlibdən olan "Heyət Təhrir əş-Şam” qrupunun təxminən 40 min üzvü, Azad Suriya Ordusunun 50 min əsgəri və Əsəd rejiminin cinayətlərində əli olmayan hərbi və kəşfiyyat rəsmiləri cəlb olunacaq. Bu mərhələdə Türkiyənin hərbi dəstəyi böyük əhəmiyyət kəsb edir”.
Mediada o da deyilir ki, Türkiyənin hərbi kontingenti Suriyada 5 mühüm məntəqədə yerləşdiriləcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub