Rusiyanın Qara dəniz sahillərindəki bəzi şəhərlərdə iki tanker gəmisindən sızan neftin yaratdığı çirklənmə ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Mynews.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama verib. Açıqlamada ölkənin Qara dəniz sahillərində neft sızıntılarının səbəb olduğu ətraf mühitin çirklənməsi ilə bağlı tədbirlərin davam etdiyi bildirilib. Məlumatda işlərin effektiv aparılması üçün fövqəladə vəziyyət elan edildiyi, bölgəyə daha çox maliyyə vəsaitinin ayrılacağı bildirilib.
Bildirilib ki, Qara dənizin Kerç boğazında fırtına nəticəsində ayrı-ayrı qəzalar nəticəsində Rusiyaya məxsus “Volqoneft-212” və “Volqoneft-239” tanker gəmiləri zədələnib və neft sızması baş verib. Tankerlərdən 4 min ton neft sızdığı deyilir. Sahil bölgələrindəki şəhərlərdə dəniz səthinin və çimərliklərin neftlə örtüldüyü qeyd edilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub