İsraillə sərhədə yaxın Suriya kəndlərinin sakinləri uzunmüddətli işğaldan qorxaraq İsrail əsgərlərinə qarşı çıxıb və hərbçilərin ərazilərini tərk etməsi tələbi ilə etiraz aksiyaları təşkil ediblər. Mynews.az-ın məlumatına görə, İsrail əsgərləri ölkədə hakimiyyət dəyişikliyindən sonra Suriya ərazisinə daxil olub, lakin bəzi kəndlər hakimiyyətin yalnız Suriyanın yeni hökumətinə keçəcəyini bildirərək təslim olmaqdan imtina ediblər. Maaria kəndində etirazlar ən azı bir nəfərin ölümü ilə nəticələnən toqquşmalara səbəb olub.
Quneytra əyalətinin səkkiz kəndinin başçısı İsrail hərbçilərinin ölkəni tərk etməsi tələbi ilə bəyanat imzalayıb. Yerli sakinlər hərəkətin məhdudlaşdırılması və qida, su və elektrik kimi əsas resurslara çıxışın məhdudlaşdırılmasından narazılıqlarını bildirirlər.
Amerikanın Yaxın Şərq Forumu tədqiqat mərkəzinin Suriya üzrə eksperti Aymenn Cavad əl-Təmimi qeyd edib ki, İsrailin Suriya ərazisində mövcudluğu yerli əhali arasında qorxu və narazılıq yaradır. O, xəbərdarlıq edib ki, vəziyyət belə davam edərsə, etirazlar silahlı qarşıdurmaya keçə bilər.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili beynəlxalq hüququ pozmaqda ittiham edib və ABŞ və digər Qərb ölkələrini regionda sülh və sabitliyə təhlükənin qarşısını almaq üçün Suriyadakı fəaliyyətlərini dayandırmağa çağırıb.
Dekabrın 19-da Rusiya prezidenti Vladimir Putin birləşmiş birbaşa xətt və geniş mətbuat konfransı zamanı Suriyadakı hadisələrdən əsas faydalanan kimi İsraili göstərib.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub