Almaniya prezidenti Frank-Valter Ştaynmayer kansler Olaf Şolza etimadsızlıq səsverməsindən sonra Bundestaqı buraxıb və fevralın 23-nə növbədənkənar seçkilər təyin edib. Mynews.az xəbər verir ki, Ştaynmayer 20-ci Bundestaqın buraxıldığını və gələn il fevralın 23-nə yeni seçkilərin təyin olunduğunu elan edib. O, bu qərarı Berlində keçirdiyi mətbuat konfransında açıqlayıb.
Ştaynmayer vurğulayıb ki, bu qərarı qəbul etməzdən əvvəl Bundestaqda təmsil olunan bütün partiyaların fraksiya rəhbərləri ilə məsləhətləşib. O qeyd edib ki, o, bu qənaətə gəlib ki, nə indiki, nə də potensial yeni hökumət indiki parlamentdə çoxluq əldə edə bilməyəcək.
Bir müddət əvvəl isə Bundestaq növbədənkənar iclasında kansler Olaf Şolsa etimad göstərməyib və bu, Almaniyada növbədənkənar parlament seçkilərinin keçirilməsinin mümkünlüyünə gətirib çıxarır. Qeyd olunur ki, iclasda iştirak edən 717 deputatdan 207-si Şolzun dəstəkləndiyini bildirib, 116-sı bitərəf qalıb. Lakin 394 deputat onun etimad tələbinin əleyhinə səs verib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub