Göyərtəsində 181 nəfərin olduğu Cənubi Koreya təyyarəsi uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb.
Mynews.az xəbər verir ki, xilas edilən 2 nəfər xaric olmaqla qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin göyərtəsində olan 175 sərnişin və 6 ekipaj üzvünün çoxunun həlak olduğu bildirilir.
Sosial şəbəkələrdə təyyarənin eniş əsnasında quş sürüsü ilə toqquşduğunu göstərən kadrlar yayılıb.
İlkin versiyaya görə, qəza, quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbilə baş verib.
Ekipaj təyyarəni gövdənin üstündə endirməyə çalışsa da, təyyarə sürətini azalda bilməyib və uçuş-enmə zolağının sonundakı beton konstruksiyaya çırpılıb və nəticədə yanğın baş verib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub