2018-ci ildə Gürcüstanın prezidenti seçilən Salome Zurabişvili bildirib ki, o, yeni prezident Mixail Kavelaşvilinin andiçmə mərasimindən sonra iqamətgahını tərk edəcək, Mynews.az Tbilisidən xəbər verir.
O, iqamətgahın qarşısında toplaşan tərəfdarlara müraciət edərək, “Mən sizin üçün gedirəm və sizinlə olacağam” deyib.
O, yeni prezidentin andiçmə mərasiminin keçirildiyi parlament binasını göstərib: “Budur cəmiyyət, bir də boşluq”. "Ancaq biz heç nədən qorxmuruq".
Xatırladaq ki, dekabrın 29-da Mixeil Kavelaşvili Gürcüstan prezidenti kimi and içib. Bundan əvvəl Zurabişviliyə prezident sarayının ona aid olmadığı xatırladılıb. Bir gün əvvəl Zurabişvili Kavelaşvilinin andiçmə mərasimindən əvvəl iqamətgahda gecələyib. O, bundan əvvəl səlahiyyət müddətini başa vurduqdan sonra prezident sarayını tərk etməyəcəyi ilə hədələyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub