Polis Nyu-Orleanda terror aktı üçün PUA-nın istehsal edildiyi iddia edilən evdə axtarış aparıb. Mynews.az Luiziana ştatının baş prokuroru Liz Murrill-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Nyu Orleanda son terror aktı ilə bağlı PUA-ların istehsal olunduğu evdə axtarış aparıblar.
ABŞ polisi Nyu Orleanda terror aktı üçün əldəqayırma partlayıcı qurğuların hazırlandığı güman edilən evdə axtarış aparıb. Bundan əvvəl əsas şübhəli Şəmsud Din Cabbarın avtomobilindən silah və potensial PUA-lar aşkar edilib.
Hücum Nyu Orleanın məşhur turizm bölgəsi olan Fransız Məhəlləsində baş verib. Polis və Federal Təhqiqatlar Bürosunun həmin ərazidə digər potensial partlayıcı qurğular aşkar etməsi Cabbarla bağlı şübhələri artırıb.
NBC News xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Airbnb vasitəsilə verilən kirayə evlərdə axtarış aparıblar. Orada terror aktı üçün əldəqayırma partlayıcı qurğuların yığıldığı bildirilir. Polisin bir evdən PUA yaratmaq üçün istifadə olunan materialları çıxardığını göstərən fotoşəkilləri yayıb.
ABŞ səlahiyyətliləri hadisəni terror hücumu kimi qiymətləndirir və FTB istintaqa rəhbərlik edir. ABŞ prezidenti Co Bayden öz komandasına istintaq üçün bütün lazımi resursları təmin etməyi tapşırıb və həlak olanların ailələrinə başsağlığı verib. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Yeni Orleanda yük maşınının izdihamın üzərinə sürməsinin cinayətkarların qeyri-qanuni mühacirəti ilə əlaqəli olduğunu bildirib. Bu hadisədə qurbanların sayı 35 nəfərə yüksəlib, on nəfər həlak olub, sürücü nəinki camaata çırpılıb, həm də atəş açıb, bu da polislə atışmaya səbəb olub.Nəticədə yük maşını sürücüsü polis tərəfindən vurularaq öldürülüb.
FTB agentləri daha sonra hadisə yerində şübhəli partlayıcı qurğular aşkar ediblər.