“Yeni Nostradamus” adlandırılan ekstrasens Kreyq Hamilton-Parker yeni ilin Böyük Britaniya üçün siyasi baxımdan çətin olacağını bildirib. Mynews.az xəbər verir ki, Parker baş nazir Kir Starmerin hakimiyyətdən uzaqlaşdırılacağını və onun vəzifəsinin müvəqqəti olaraq daxili işlər naziri İvet Kuper tərəfindən icra ediləcəyini iddia edib.
Ekstrasens əlavə edib ki, şahzadə Harri və Meqan Markl bu il boşanacaqlar. Onun sözlərinə görə, britaniyalı aristokrat ABŞ-ni tərk edərək vətəninə qayıdacaq və orada ölkənin ictimai həyatında iştirak etməməyə çalışacaq. Atası Kral III Çarlz onu qucaq açaraq qarşılayacaq və bağışlayacaq. Lakin qardaşı Uilyam ilə barışmaq daha uzun çəkəcək.
Hamilton-Parker xəbərdarlıq edib ki, ABŞ Donald Trampın hakimiyyətə qayıdışı ilə bağlı dramatik hadisələrlə üzləşəcək. O bildirib ki, seçilən prezident avtomobilindən düşərkən güllələnəcək. Lakin Tramp sağ qalacaq və bir çox amerikalılara özünü güclü prezident kimi göstərəcək. Eyni zamanda, Tramp və İlon Mask arasındakı münasibətlər tez bir zamanda pisləşəcək.
O əlavə edib ki, Birləşmiş Ştatları etiraz aksiyaları, köhnə qayda və qanunların ləğvi, Meksika divarının inşası və çoxlu sayda qeyri-qanuni miqrantın ölkədən çıxarılması gözləyir.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub