ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, 2024-cü ilin noyabrında keçirilən seçkidə qalib gəldikdən sonra onunla əlaqəli fondlar 200 milyon dollardan çox ianə toplayıb.
Mynews.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilib ki, bu məbləğ yeni seçilən prezidentlər üçün rekorddur.
Nəşrin məlumatına görə, toplanan vəsait Trampın andiçmə mərasiminin təşkili, siyasi tədbirlərin maliyyələşdirilməsi və potensial olaraq prezident kitabxanasının yaradılması üçün istifadə olunacaq.
Qeyd edək ki, hazırda Trampı dəstəkləyən donorlar arasında “Pfizer”, “Amazon” və “OpenAI” kimi böyük korporasiyalar, həmçinin kriptovalyutalarla əlaqəli şirkətlər var.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub