"Rusiya diktatoru Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı müharibədə uğursuzluğa düçar oldu". Mynews.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken “The New York Times” qəzetinə müsahibəsində bildirib.
"Putinin ambisiyası Ukraynanı xəritədən silmək idi. Biz bunu dayandırdıq. Putin uğursuzluğa düçar oldu. Ukrayna dayanır. Və mən inanıram ki, o, təkcə sağ qalmaq üçün deyil, gələcəkdə də inkişaf etmək üçün müstəsna potensiala malikdir" deyib.
Blinken qeyd edib ki, Ukraynanın gələcəyi digər məsələlərlə yanaşı, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyasının qəbul edəcəyi qərarlardan asılıdır. ABŞ dövlət katibi ümid edir ki, Birləşmiş Ştatlar Ukraynanın “ən mühüm pərəstişkarı” olaraq qalacaq. Müharibənin bitməsinə gəlincə, Blinken hesab edir ki, bu qərar sırf ukraynalılardan asılıdır.
Yada salaq ki, Blinken daha əvvəl Ukraynada sülhün şərtini açıqlamışdı. ABŞ dövlət katibi həmçinin bildirib ki, Rusiya Ukraynada nüvə silahından istifadə etmək barədə ciddi düşünüb, lakin Çin bunun əleyhinə qərar verib.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub