Potensial üç mərhələli razılaşmanın ilk mərhələsində 23 qadın, həmçinin 11 kişi azad edilə bilər. Mynews.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun ofisi girovların belə bir siyahısını almadığını bildirib.
Fələstinin Həmas qruplaşması İsraillə mümkün atəşkəs razılaşması çərçivəsində azad etməyə hazır olduqları 34 girovun siyahısını təsdiqləyib. Bunu anonimlik şərti ilə terror hərəkatının nümayəndəsi Reuters xəbər agentliyinə şərhində bildirib.
Onun sözlərinə görə, istənilən razılaşma İsrail qoşunlarının Qəzzadan çıxarılması, həmçinin müvəqqəti deyil, daimi atəşkəslə bağlı razılığın əldə olunmasından asılı olacaq.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, onlara qrupdan girov götürülənlərin belə siyahısı verilməyib.
“The Times of Israel” qeyd edir ki, potensial üç mərhələli razılaşmanın ilk mərhələsində 23 qadın, həmçinin vəziyyəti ağır ola biləcək 50 yaşdan aşağı 11 kişi azad oluna bilər.
Fələstinli terrorçular 2023-cü ilin oktyabrında Həmas və İsrail arasında yeni müharibənin başlaması ilə 250-dən çox insanı girov götürüblər. Onlardan yüzə yaxını Qəzza zolağında əsir olaraq qalır. Yəqin ki, onların üçdə biri artıq ölüb.
Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp HƏMAS vəzifəyə başlamazdan əvvəl bütün girovları azad etməsə, Yaxın Şərqi “cəhənnəmə” salmaqla hədələmişdi.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub