İsrail Osmanlı dövrünün təsirlərini geri qaytarmağa çalışan və Suriya ilə qüvvələri birləşdirməyə hazır olan Türkiyə ilə potensial münaqişəyə hazırlaşmalıdır. Mynws.az xəbər verir ki, bunu “The Jerusalem Post” yazır.
Nəşrə görə, İsrail Türkiyə ilə mümkün müharibəyə hazır olmalıdır. Nagel Komitəsinin hesabatında Türkiyənin Osmanlı İmperiyasına bənzər təsirini bərpa etməyə çalışdığı və bunun İsrail üçün ciddi təhlükə yarada biləcəyi fikri vurğulanır.
Hesabatda Türkiyənin Suriya ilə birləşmə ehtimalına xüsusi diqqət yetirilir. Bu ittifaq regionda qüvvələr balansına ciddi təsir göstərə bilər. Materialda o da qeyd olunur ki, Türkiyənin öz təsirini bərpa etmək istəyi hətta İranın yaratdığı təhlükəni də üstələyə bilər.
Türkiyə prezidenti Rəcəb Ərdoğanın administrasiyası İsraillə münasibətləri bərpa etmək cəhdləri ilə bağlı şayiələri təkzib edərək, Qəzza hadisələri səbəbindən onların tamamilə pozulduğunu vurğulayıb. Türkiyə öz təsirini qonşu ərazilərə genişləndirmək istəyinin siqnallarını verir, ekspertlər isə hesab edirlər ki, Ankara Türkiyənin ərazi konsolidasiyası üçün layihələr həyata keçirməyə çalışır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub