Türkiyədə 2023-cü ilin noyabr ayında Elena və Aydın Sönməz cütlüyü 5 yaşlı uşaqları Dənizi diş ağrısı şikayəti ilə özəl diş klinikasına aparıblar. Narkozla aparılan əməliyyat zamanı uşağın bir dişi çıxarılıb, dörd dişi isə plomb edilib. Lakin narkozun təsiri getdikcə uşaq daha da pisləşməyə başlayıb.
Mynews.az xəbər verir ki, evə qayıtdıqdan sonra yenidən xəstəxanaya yerləşdirilən uşaq çoxsaylı orqan çatışmazlığından dünyasını dəyişib.
Türkiyə İl Sağlamlıq Müdirliyinin qərarı ilə diş klinikası bir ay müddətinə bağlanıb. Yarılma hesabatında uşağın baş dərisinin altında intensiv ödem və baş, döş qəfəsi, ürək boşluqları və ağciyərlərində qanaxma aşkar edilib.
Ədliyyə Tibb Qurumunun hazırladığı hesabatda qaydalara zidd olaraq uşağa sedativ anesteziya altında əməliyyat edildiyi bildirilib. Hesabatda müalicəyə cavabdeh olan 2 stomatoloq və 1 anestezioloqun səhlənkarlıq etdiyi müəyyən edilib. Ölümə səbəb olan şəxslərin ifadələrinin alınacağı gözlənilir.
Oğlunun yarılma hesabatının verilməsinin 14 ay çəkdiyini bildirən Sönməz, "Bizə 14 il kimi göründü. Nəhayət, hesabat gəldi. Məhkəmə tibb hesabatını oxuyanda gördüm ki, həkimlər oğlumu 5 min lirəyə öldürdülər. Bunu 14 ay sonra gələn xəbərlərdən anladım" dedi.
Müalicə prosesi üçün 5 min TL ödədiklərini bildirən Aydın Sönməz, "Qanunla bu klinikada bu əməliyyat edilə bilməz, qadağandır. Qadağan olduğunu bilə-bilə bu əməliyyatı etdilər və oğlumun ölümünə səbəb oldular. Daha çox pul qazanmaq üçün oğlumu öldürdülər”-, deyə üsyan etdi.

1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub