İtaliya İranın paytaxtı Tehranda reportaj hazırlayarkən saxlanılan jurnalist Sesiliya Salanın azadlığa buraxılmasını təmin edib. Mynews.az-ın verdiyi xəbərə görə, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani və baş nazir Corc Meloni məlumat verib.
"Diplomatiya və komanda işi: Sesiliya Sala evə qayıdır" deyiə Tajani qeyd edib.
Öz növbəsində Meloni əlavə edib ki, jurnalistin evə qayıdacağı təyyarə “artıq uçuşdadır”. “Diplomatik və kəşfiyyat kanalları vasitəsilə aparılan intensiv iş sayəsində soydaşımızı azad edib, o, İtaliyaya qayıdır, bu barədə jurnalistin valideynlərinə telefon danışığı zamanı məlumat vermişəm” baş nazir yazıb.
Xatırladaq ki, İrandan reportajlar hazırlayan italyan jurnalist Sesiliya Sala dekabrın 19-da Tehran polisi tərəfindən həbs edilib. Euronews-un məlumatına görə, Sala tamaşalar zamanı hicabın məcburi geyinilməsini tənqid edən iranlı komediya ustası Zeynəb Musəvi ilə podkast epizodunu dərc edib.
Qeyd edək ki, bir müddət əvvəl məşhur müğənni Parasta Əhmədi İranda şəriət qanunlarını pozduğuna görə saxlanılıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub