Danimarka hökumətinin başçısı Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına cavab verib
Danimarkanın baş naziri Matte Frederiksen ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiyaya nəzarəti ələ keçirmək üçün gücdən istifadənin mümkünlüyü ilə bağlı açıqlamalarına reaksiya verərək, “onun belə bir şeyi təsəvvür etməsinin belə çətin olduğunu” deyib. Mynews.az xəbər verir ki, rəsmi bu barədə TV 2-yə müsahibəsində bildirib.
Danimarka baş nazirinin sözlərinə görə, ABŞ-ın nə vaxtsa Qrenlandiya üzərində nəzarəti təmin etmək üçün hərbi və ya iqtisadi gücdən istifadə etməyə qərar verəcəyinə inanmaq onun üçün çətindir. "Mən bunun belə olacağını təsəvvür edə bilmirəm" deyib.
Frederiksen ABŞ-ın Danimarka üçün “ən vacib və ən yaxın müttəfiq” olduğunu vurğulayıb. Danimarka hökumətinin başçısı əlavə edib ki, o, ABŞ-la ticarət müharibəsinə başlamağa meylli deyil. "Məncə, biz bir-birimizlə ticarəti davam etdirməliyik və bunu ən uyğun şəkildə etməliyik" dedi Frederiksen.
Onun fikrincə, iqtisadi vasitələrdən istifadə edərək bir-biri ilə üz-üzə gəlmək ən yaxşı ssenari deyil.
Xatırladaq ki, Donald Tramp Qrenlandiya və ya Panama kanalına nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadəni istisna etmir, o, son bir neçə həftədə bu haqda danışır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub