Gürcüstanda matəm elan olunub.
Mynews.az xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze qərar imzalayıb. Qərara əsasən yanvarın 9-u ölkədə matəm günü elan olunub. Matəm günü ölkədə bayraqlar endiriləcək və bir sıra tədbirlər təxirə salınacaq. Bildirilir ki, ölkədə matəm gününün elan edilməsi Qal rayonunun Saberio kəndində baş verən yanğınla bağlıdır. Yanğın nəticəsində 5 uşaq faciəli şəkildə həyatını itirib.
Yerli mənbələrin məlumatına görə, yanğına odla ehtiyatsız davranış səbəb olub. Yanğın taxta evi külə döndərib. Hökumət vətəndaşları həmrəy olmağa və ehtiyacı olan ailələrə dəstək olmağa çağırıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub