Ukraynanın pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan Rusiyanın Saratov vilayətinin Engels şəhərində fövqəladə vəziyyət elan edilib.
Mynews.az xəbər verir ki, bu barədə Saratov qubernatoru Roman Busargin açıqlama verib. O, Ukraynanın Saratova hücumu ilə bağlı açıqlamasında Engelsdə sənaye bölgəsində baş verən yanğının davam etdiyini bildirib. Busargin bölgədə fövqəladə vəziyyət elan edilməsinə qərar verildiyini açıqlayıb. Rusiya mətbuatının məlumatına görə, hücum zamanı bölgəyə zərər dəyib. Yanğının söndürülməsi üçün işlər davam edir.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın ölkə ərazisinə hücum etdiyini açıqlayıb. Hücumlarda 32 Ukrayna PUA-sının məhv edildiyi bildirib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub