ABŞ-nin Kaliforniya ştatında meşə yanğını nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Mynews.az xəbər verir ki, bölgədən 100 mindən çox insan təxliyə edilib. Yüzlərlə evin külə döndüyü bölgədə vitse-prezidenti Kamala Harrisin evi üçün də təxliyə əmri verilib. Santa Monika dağları ilə Sakit Okean arasındakı varlıların yaşadığı məhəllə olan Sakit Okean Palisades bölgəsində 5 min hektardan çox ərazi kül olub. Pasadena və Altadena bölgələrində yanğın indiyədək 2227 hektar ərazini məhv edib. Los-Ancelesdə davam edən meşə yanğınları səbəbindən bir sıra ərazilərdə təhsilin tədrisi dayandırılıb. Prezident Co Bayden İtaliyanın Roma şəhərinə səfərini ləğv edib.
Qlobal hava proqnozu xidməti olan “AccuWeather” Kaliforniyadakı meşə yanğınlarının iqtisadi zərəri ilə bağlı ilkin hesablamalarını açıqlayıb. Ümumi zərərin və iqtisadi itkilərin 52-57 milyard dollar arasında ola biləcəyi təxmin edilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub