ABŞ-nin Los-Anceles şəhərində üç gündür davam edən meşə yanğınları zamanı 8 nəfər həlak olub.
Mynews.az xəbər verir ki, aralarında Hollivud ulduzlarının milyonlarla dollar dəyərindəki evlərinin də olduğu 2 mindən çox bina külə dönüb.
Yanğının fəsadları peyk görüntülərində də əks olunub.
Rəsmilər həlak olanların son sayının hələlik müəyyən edilmədiyini bildiriblər. 180 min nəfər üçün təxliyə əmri verilib, təxminən 200 min nəfər üçün isə xəbərdarlıq edildiyi açıqlanıb.
Yanğının söndürülməsinə Milli Qvardiya qüvvələri cəlb edilib. Los Anceles Yanğınsöndürmə İdarəsinin rəisi etiraf edib ki, hələlik yanğının öhdəsindən gəlmək mümkün olmayıb.
![]()
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub