Tehranda İran Ali Məhkəməsinin binası yaxınlığında atışma olub, iki hakim həlak olub. Mynews.az bu barədə İslam Respublikasının məhkəmə hakimiyyətinin mətbuat xidmətinə istinadən xəbər verir.
Ölən hakimlər milli təhlükəsizlik, casusluq və terrorizm əleyhinə cinayətlər üzərində işləyirdilər.
İlkin olaraq daha bir hakimin yaralandığı güman edilirdi, lakin yenilənmiş məlumata görə, mühafizəçilərdən biri yaralanıb. Ölkə hakimiyyəti hadisəni terror aktı kimi qiymətləndirir.
Ötən iyul ayında Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda İsrail əsgərlərinin endirdiyi zərbə nəticəsində öldürülüb. O, İranın paytaxtına ölkə prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün gəlib, lakin hücum zamanı Fələstin hərəkatının liderlərindən birinin qaldığı iqamətgaha raket düşüb. Nəticədə o və mühafizəçisi dünyasını dəyişib.
İran hakimiyyəti hadisəni terror aktı adlandırıb. Pezeşkian HƏMAS Siyasi Bürosunun rəhbərinə görə İsraildən qisas alacağına söz verib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub