"TikTok” rəhbərliyi ABŞ-də platformanın fəaliyyətini bərpa edir. Platforma ölkədə qadağan edilsə belə, tərəfdaş şirkətlər xidmətin fəaliyyətini dəstəklədiklərinə görə məsuliyyət daşımayacaqlar.
"Report” xəbər verir ki, bu barədə platformanın mətbuat xidməti "X” sosial şəbəkəsində məlumat yayıb.
"TikTok” provayderlər ilə razılaşmaya əsasən xidmətin bərpası ilə məşğuldur. Biz prezident Trampa 170 milyondan çox amerikalının "TikTok”a çıxışını təmin edən və 7 milyondan çox kiçik müəssisənin inkişafına imkan verən provayderlərimiz üçün lazımi aydınlıq və zəmanətlər verdiyinə görə təşəkkür edirik”, – bəyanatda deyilib.
Xidmət nümayəndələri əlavə ediblər ki, "TikTok”u ABŞ-də saxlayacaq uzunmüddətli həll yolu üçün prezident Trampla işləyəcəklər”.
Yanvarın 19-na keçən gecə xidmət ABŞ-də tamamilə dayandırılıb, "TikTok” "Apple”ın tətbiqlər mağazasından yoxa çıxıb. Bazar günü səhər Tramp bəyan edib ki, andiçmə mərasimi günü, yanvarın 20-də "TikTok”un ölkədə qadağan edilməsinin ertələnməsi haqqında fərman imzalayacaq.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub