Gürcüstanda son iki həftə ərzində bir neçə nəfər donuz qripindən ölüb.
Mynews.az xəbər verir ki, bu barədə “Rustavi-2” telekanalı məlumat yayıb.
Xəstələr H1N1 virusu ilə bağlı fəsadlar nəticəsində müşayiət olunan xəstəliklərdən dünyasını dəyişib, onların heç birinə peyvənd vurulmayıb. Telekanal iddia edir ki, xəstələr əsasən hərarətlə xəstəxanaya müraciət edirlər və yüksək hərarəti dərmanla müalicə etmək olmur.
Həkimlər qeyd edirlər ki, donuz qripinə qarşı antiviral müalicə xəstəliyin ilk 72 saatında təsirli olur, ona görə də xəstələri vaxtında həkimə müraciət etməyə və öz-özünə dərmanlara əl atmamağa çağırırlar. Virusun yanvarın sonuna qədər pik həddə çatacağı gözlənilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub