İsrail Qəzza zolağında atəşkəsə razılaşaraq Fələstinin radikal HƏMAS hərəkatına təslim oldu. Mynews.az xəbər verir ki, bu fikri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqiri deyib.
Onun sözlərinə görə, “Müqavimət oxu” İsrailə qarşı mübarizəyə mətanətlə dözüb və onun rəhbərliyinə atəşkəs tətbiq edib. Beləliklə, İran və HƏMAS-ı dəstəkləyən qüvvələr İsrail dövlətinin “İslam döyüşçülərinin dəmir iradəsinə” təslim olmasının şahidi oldular”, - Baqiri bildirib.
Bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. İsrail HƏMAS-dan azad ediləcək girovların siyahısını almadığı üçün onun başlaması təxminən üç saat gecikib. Gecikmədən istifadə edən İsrail hərbçiləri Qəzzanın mərkəzi və şimalındakı hədəfləri atəşə tutub. Fələstin qrupu tezliklə üç qadını azad etdi. Girovların azad edilməsinə cavab olaraq İsrail 90 məhbusu həbsdən azad edəcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub