Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzindəki hoteldə baş verən yanğın nəticəsində "Orduspor" klubunun sabiq prezidenti Nedim Türkmen də vəfat edib.
Mynews.az xəbər verir ki, sabiq prezident ailə üzvləri ilə birlikdə dünyasını dəyişib. Nedim Türkmen 2009-2014-cü illərdə "Orduspor"un prezidenti vəzifəsində çalışıb. Bundan əlavə, yanğın nəticəsində "Fənərbaxça" idman klubunun idmançısı, üzgüçü Vedia Nil Apak da həlak olub. Məlumatda qeyd olunur ki, 11 yaşlı üzgüçü ilə yanaşı, anası Ferda Apak da vəfat edib.
Qeyd edək ki, "Kartalkaya" Xizək Mərkəzinin hotelində baş verən yanğın nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb, 51 nəfər yaralanıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub