ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində yeni güclü meşə yanğını baş qaldırıb.
Mynews.az CNN-in məlumatına istinadən xəbər verir ki, yanğın cəmi iki saat ərzində 20 kvadrat kilometr ərazini əhatə edib.
Alovun geniş yayılma təhlükəsi səbəbilə yerli hakimiyyət orqanları Kasteyk gölü ətrafında yaşayan sakinlərin təxliyə edilməsi barədə qərar verib. Yanğının söndürülməsi isə güclü külək səbəbilə çətinləşib və alovun sıx məskunlaşmış ərazilərə yayılma riski artır.
Qeyd edək ki, Kaliforniyada meşə yanğınları 7 yanvar tarixindən bəri davam edir. Meteoroloqların verdiyi məlumata görə, quru və küləkli hava şəraiti yanğının sürətlə yayılmasına şərait yaradır.
Hazırda Los-Anceles bölgəsində yanğınların təsir etdiyi ümumi ərazi 16 min hektardan çoxdur.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub