Türkiyənin Bolu vilayətində, Grand Kartal otelində baş verən yanğında dünyasını dəyişən qadın son saatlarında anasına zəng edərək halallıq istəyib.
Mynews.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
![]()
Bildirilib ki, Gültəkinlər ailəsindən 8 nəfər, o cümlədən Zəhra Gültəkin və həyat yoldaşı Bilal Gültəkin, həmçinin cütlüyün uşaqları Muhammet Selim, Yusuf Sinanettin, Bekir Sadık və Sümeyye yanğında həyatını itirib.
![]()
Qeyd olunub ki, Zəhra və Bilal cütlüyü Sümeyye adlı uyğur türkü mənsubu olan qızcığazın himayədar ailəsi olublar.
Zəhra Gültəkin Türk Hava Yollarında satış departamentində çalışırmış.
![]()
Telekanalın məlumatına görə, yanğın 12 mərtəbəli mehmanxananı bürüyəndə qonaqlar və işçilər qatı tüstü içində olublar və xilas olmaq üçün mübarizə aparıblar. Sağ qalanların çoxu həyəcan siqnalları eşitmədiklərini və yanğın nərdivanlarını tapa bilmədiklərini bildiriblər.
Xatırladaq ki, yanvarın 21-də Türkiyənin Bolu vilayətində dağ-xizək kurortunda baş vermiş yanğın nəticəsində həlak olan 76 nəfərin xatirəsinə ümumxalq hüzn günü elan edilib. Faciə qurbanları ilə vida mərasimində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan göz yaşlarını saxlaya bilməyib. Ümumilikdə faciə 76 nəfərin həyatına son qoyub.
Yanğın yanvarın 20-də 2200 metr hündürlükdə yerləşən oteldə başlayıb. İlk yanğın taxta binanın restoran hissəsində qeydə alınıb və alov sürətlə ətrafa yayılıb. Oteldə 237 qonaq var olub, otelin demək olar ki, 90%-i istirahət edənlərlə dolu idi.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub