21 yanvarda Bolunun məşhur istirahət mərkəzi Kartalkayada yerləşən 12 mərtəbəli Grand Kartal Otelində yanğın baş verib. Hadisə nəticəsində 78 nəfər həyatını itirib, 12 nəfər isə həbs olunub. Öz imkanları ilə və ya yanğınsöndürənlərin köməyi ilə sağ qurtulanlar arasında 67 yaşlı təqaüdçü gimnastika məşqçisi Fatih Güller olub.
Mynews.az haberler.com-a istinadən xəbər verir ki, Fatih Güller yanğın zamanı 10-cu mərtəbədə ailəsi və qohumları ilə birlikdə qalıb. O, gecə səs-küyə oyanaraq yaxınlarını xəbərdar edib. Ancaq tüstü səbəbindən 8-ci mərtəbədən aşağı enə bilməyən Güller otelin pəncərəsindən mələfələri birləşdirərək onları qaçış vasitəsi kimi istifadə edib. İlk növbədə uşaqları və qadınları aşağı endirən Güller ümumilikdə 11 nəfəri xilas edib. Ancaq qohumu Gülşen Doğan çarşafın qırılması nəticəsində düşərək yaralanıb.
Hadisəni danışan Güller deyib: "Hər kəsə çarşaf və ədyallar gətirməyi dedim, düyünlər bağlayıb, pəncərədən aşağı endik. İnsanları sakitləşdirərək, hər kəsi tədricən xilas etməyə çalışdım."
Həyəcan siqnalı işləmirdi
Güller oteldə həyəcan siqnalının işləmədiyini və təxliyə üçün kifayət qədər xəbərdarlıq olmadığını vurğulayıb: "Əgər siqnal çalsaydı, çoxlu insanın həyatı qurtula bilərdi."
Hal-hazırda Güller qohumu Gülşen Doğanın müalicə aldığı xəstəxanada ona dəstək olur və onun vəziyyətinin yaxşılaşdığını bildirib.
![]()
![]()
![]()
![]()
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub