Məktəbdə çəkilən kadrlar müzakirə doğurub.
Mynews.az xəbər verir ki, İzmirdə məktəbdə müəllimlərin içki məclisi təşkil etməsi geniş müzakirələrə yol açıb.
Bornova Yahya Kamal Bayatlı adına orta məktəbdəki məzuniyyət tədbirində bədən tərbiyəsi müəlliminin məktəb həyətində şampan açdığı görüntülərdən sonra İzmir İl Milli Təhsil İdarəsi tərəfindən araşdırma başladılıb.
Valideynlərin etirazına səbəb olan bu videoda müəllimlərin məktəbdə rəqs edib şampan içdiyi müşahidə olunub. Müəllimlərin məktəb daxilində içki içməsi də valideynlərin kəskin reaksiyası ilə qarşılanıb.
İzmir İl Milli Təhsil İdarəsinin apardığı araşdırma nəticəsində videoda görünən 6-sı müəllim, 4-ü məktəb rəhbərliyindən olmaqla, ümumilikdə 10 təhsil işçisi vəzifəsindən uzaqlaşdırılıb.


1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub