Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri və üzvləri xidməti silah gəzdirmək hüququna malik olacaqlar.
Bununla bağlı Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının deputatları qanunvericilik təşəbbüsü hazırlayıblar.
Sənədə əsasən, MSK sədri və üzvləri “Silah haqqında” qanuna uyğun olaraq öz səlahiyyətlərini həyata keçirərkən xidməti silah gəzdirmək hüququna malik olan şəxslərin siyahısına əlavə ediləcək.
Qeyd olunub ki, səlahiyyət müddəti başa çatdıqdan sonra son 4 ili ərzində səlahiyyətlərini fasiləsiz icra etmiş MSK üzvlərinin özünümüdafiə silahı gəzdirmək hüququ saxlanılacaq.
Seçki qanunvericiliyinin pozulması məhkəmənin qərarı ilə təsdiq edilmiş MSK üzvünün isə bu imkanı olmayacaq.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub