ABŞ-nin Alyaska ştatında F-35 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Mynews.az xəbər verir ki, hadisə zamanı pilotun sağ olduğu və müalicə üçün hərbi hospitala aparıldığı bildirilib.
"Eielson" Hərbi Hava Qüvvələri bazasının nümayəndəsi qəzanın bazanın uçuş-enmə zolağında baş verdiyini açıqlayıb. Qəzaya uğrayan F-35-in ciddi ziyan gördüyü və hadisə ilə bağlı araşdırma başladıldığı qeyd olunub.
ABŞ Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, pilotun vəziyyəti yaxşıdır və tibbi müayinədən keçirilməsi üçün hərbi hospitala yerləşdirilib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə F-35-in havada süzülərək sürətlə yerə çırpıldığı və partladığı əks olunub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub